Mərtəbə cədvəlinin boş xanalarında hansı rəqəmlər yazılmalıdır?
Kubların sayına uyğun ədədi hansı formalarda yazmaq olar?
Açar sözlər
açıq şəkildə yazılış
sözlərlə yazılış
rəqəmlərlə yazılış
Öyrənmə
Eyni ədədi müxtəlif formalarda
yazmaq olar. Məsələn, şəkildə təsvir
olunan şarların ümumi sayına uyğun
ədədi sözlərlə, rəqəmlərlə, yaxud açıq
şəkildə (mərtəbə qiymətlərinin cəmi
şəklində) yazmaq olar.
Sözlərlə
Rəqəmlərlə
Açıq şəkildə
Altı yüz iyirmi dörd
624
600 + 20 + 4
Bələdçi
Verilmiş ədədi digər
iki şəkildə də təsvir edin.
NÜMUNƏ
Üç yüz on iki
312
300 + 10 + 2
a) 400 + 50 + 7 b) yüz yeddi c) 620 d) 500 + 10 + 9 e) iki yüz on bir f) 852
Müstəqil iş
1. Ədədləri sözlərlə və açıq şəkildə yazın.
825
610
437
901
543
393
754
2. Ədədi oxuyun və müxtəlif formalarda yazın.
a) 6 yüzl. 3 onl. 2 təkl. b) 1 yüzl. 0 onl. 9 təkl. c) 3 yüzl. 5 onl. 0 təkl.