Öyrənmə
Üçrəqəmli ədədlərin fərqini taparkən əvvəlcə təkliklər, sonra onluqlar, axırda
isə yüzlüklər çıxılır. Bəzən azalanın təklikləri çıxılanın təkliklərindən, onluqları
isə onluqlarından böyük və ya bərabər ola bilər. Məsələn: 578 – 143 = ?
Yüzl.Onl.Təkl.
Yüzl.Onl.Təkl.
Yüzl.Onl.Təkl.
578 – 143 = 435
Ədəd oxunda 578 – 143 fərqini belə təsvir etmək olar:
578 – 100 = 478
478 – 40 = 438
438 – 3 = 435