MƏSəLəLəRi HəLL EDiN
- MƏSƏLƏNİ ANLA
- PLAN QUR
- HƏLL ET
- YOXLA
1. “Ədəd tərəzisi”nin gözləri bərabərləşib. “?” işarəsinin yerinə hansı
ədəd
olmalıdır?
2. Bakıdakı köhnə televiziya qülləsinin hündürlüyü
180 m idi. Yeni tikilən qüllənin hündürlüyü isə
310 metrdir. Yeni qüllə köhnəsindən neçə metr
hündürdür?
3. Zooparkda ana və bala panda həftə ərzində birlikdə
285 kq bambuk yedilər. Bunun 78 kiloqramını bala
panda yedi. Ana panda həftə ərzində neçə kiloqram
bambuk yedi?
4. Birinci çəndə 450 l su var. Bu, ikinci çəndəki sudan
120 l çoxdur. İkinci çəndə neçə litr su var?
5. Pərdə mağazasına hər birində 100 m olan 3 top parça gətirdilər. Həftə
ərzində bu parçadan 160 m satıldı. Mağazada neçə metr parça qaldı?
6. Evin tikintisi üçün hər biri 50 kq olan 5 kisə
sement aldılar. Bənna birinci gün 132 kq, ikinci
gün isə 102 kq sement işlətdi. Neçə kiloqram
sement qaldı?
3-cü bölmə • Çıxma (1000-ə qədər)