Üçrəqəmli ədədlərin çıxılması
(onluq və yüzlüyün ayrılması)
Araşdırma-müzakirəOYUN
Oyunçu sayı: 2 nəfər.
Ləvazimat: üzərində üçrəqəmli ədədlər yazılmış
4 kart (çıxılan), hər oyunçuya bir abak və rəngli aşıqlar.
Oyunun qaydası:
1. Kartlar qarışdırılır və üzüaşağı masanın üzərinə qoyulur.
2. Hər oyunçu öz abakında aşıqları şəkildəki sayda düzür
(azalan) və çıxılanı müəyyən etmək üçün kartlardan birini açır.
Abakda çıxma zamanı təkliklər milindəki aşıqların sayı çıxılanın təkliklərindən çox
və ya bərabərdirsə, uyğun sayda aşıq kənara qoyulur. Təkliklər milindəki aşıqların
sayı çıxılanın təkliklərindən azdırsa, soldakı mildən bir aşıq çıxarıb kənara qoyulur.
Onun əvəzinə təkliklər milinə 10 aşıq əlavə edilir və çıxılanın təklikləri qədər aşıq
çıxarılır. Eyni qayda ilə onluqlar, sonra isə yüzlüklər çıxılır.
Sonda alınan ədəd yazılır. Cavabı daha tez və düzgün yazan oyunçu qalib gəlir.
Öyrənmə
Üçrəqəmli ədədlərin fərqini taparkən azalanın onluq və təklikləri uyğun olaraq
çıxılanın onluq və təkliklərindən kiçik ola bilər. Bu halda azalandan 1 onluq ayırıb
təkliklərinə, 1 yüzlük ayırıb onluqlarına əlavə edilir. Məsələn: 525 – 149 = ?
2 onl. + 5 təkl. = 1 onl. + 15 təkl.
15 təkl. – 9 təkl. = 6 təkl.
5 yüzl. + 1 onl. = 4 yüzl. + 11 onl.
11 onl. – 4 onl. = 7 onl.
4 yüzl. – 1 yüzl. = 3 yüzl.
525 – 149 = 376
Ədəd oxunda 525 – 149 fərqini necə təsvir etmək olar?
3-cü bölmə • Çıxma (1000-ə qədər)