4, 8 və 14 ildən sonra onların yaşları arasında
fərq neçə olacaq?
Alınan fərqləri müqayisə edin.
Öyrənmə
Çıxılanı yaxın onluğa (yaxud yüzlüyə) tamamlamaqla fərqi asan tapmaq olar.
Bunun üçün uyğun ədəd müəyyən edilir. Sonra isə bu ədəd həm azalanın,
həm də çıxılanın üzərinə əlavə olunur və fərq tapılır.