Sarı kürəciklər
qırmızılardan təqribən
100 ədəd çoxdur.
İki bankada
təqribən 900
kürəcik var.
Açar sözlər
yuvarlaqlaşdırma
təqribi
dəqiq
Lalə və Samir hesablamaları nə üçün belə apardılar?
Onlar hesablamaları başqa cür necə apara bilərdilər?
Öyrənmə
Hesablamalarda dəqiqlik tələb olunmursa, ədədləri yuvarlaqlaşdırmaqla
onların cəmini və fərqini daha asanlıqla tapmaq olar. Bu zaman cavab dəqiq
yox, təqribi alınır. Məsələn, 608 və 271 ədədlərini yüzlüklərə, yaxud onluqlara
qədər yuvarlaqlaşdırmaqla onların təqribi cəmini və fərqini belə tapmaq olar.
Yüzlüklərə qədər
yuvarlaqlaşdırmaqla
608 + 271 ≈ 900 608 – 271 ≈ 300
Onluqlara qədər
yuvarlaqlaşdırmaqla
608 + 271 ≈ 880608 – 271 ≈ 340
Hansı halda təqribi cavab dəqiq cavaba daha yaxındır:
ədədləri yüzlüklərə, yoxsa onluqlara qədər yuvarlaqlaşdırdıqda?
Bələdçi
• NÜMUNƏ •
Ədədləri əvvəlcə yüzlüklərə,
sonra isə onluqlara qədər
yuvarlaqlaşdırmaqla hesablayın.