MƏSƏLƏ VƏ MİSALLAR
1. Vurma cədvəlində qırmızı xanada yazılmış
bəzi ədədlər səhvdir. Səhvləri tapın və düzgün
ədədləri müəyyən etmək üçün vurma əməlinə
aid misallar yazın.
2. Hesablayın və “*” yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən
edin.
5 · 9 * 100 – 55
72 – 28 * 7 · 8
6 · 6 * 4 · 9
9 · 7 * 527 – 463
0 · 9 * 8 · 1
9 · 10 * 46 + 29
8 · 6 * 7 · 7
8 · 7 * 222 – 168
3. Dairələrin içinə “+ ”, “ – ”, “ · ”, “ : ” işarələrindən uyğun olanını
tapın.
7 6 = 23 – 10
8 1 = 42 – 35
4 8 = 100 – 68
8 2 = 10 6
9 10 = 100 – 10
6 6 = 3 · 4
7 0 = 52 – (15 + 37)
7 1 = 5 2
4. Bir hörümçəyin 8 ayağı var. 7 hörümçəyin neçə ayağı olar?
5. Bir şarın qiyməti 10 qəpik, bir oyuncaq maşının
qiyməti isə bundan 7 dəfə çoxdur. Bir maşın neçəyədir?
6. Bir kiçik rəsmin qiyməti 9 manatdır. Bir böyük rəsmin
qiyməti bundan 5 dəfə çoxdur. Anarın atası 2 kiçik və
1 böyük rəsm aldı.
- nə qədər pul ödəməlidir?
- Anarın atası satıcıya 100 manat verdi. Satıcı neçə
manat pul qaytarmalıdır?
7. Piktoqramda müxtəlif dərnəklərə gedən 3-cü sinif şagirdlərinin sayı göstərilib.
- Musiqi dərnəyinə neçə şagird gedir?
- Rəsm dərnəyinə gedən şagirdlərin sayı rəqs
dərnəyinə gedənlərdən neçə dəfə çoxdur?
- Dərnəklərə cəmi neçə şagird gedir?
Dərnəklərə gedən şagirdlər |
Musiqi |
|
Rəsm |
|
Rəqs |
|
Hər = 9 nəfər
4-cü bölmə • Vurma və bölmə