• bölmə •
5
RİYAZİ İFADƏLƏR. TƏNLİK
23
Əməllər ardıcıllığı
Araşdırma-
müzakirə
Elxan və Aynur lövhədə yazılmış misalı həll edərək fərqli cavablar aldılar.
Onlar bu cavabları necə tapdılar? Sizcə, kimin cavabı doğrudur?
Açar sözlər
ədədi ifadə
əməllər ardıcıllığı
mötərizə
Öyrənmə
Mötərizə olmayan ədədi ifadələrdə əməllərin yerinə yetirilmə ardıcıllığı bu ifadələrə daxil olan əməllərdən asılı olaraq müəyyən edilir.
İfadələrdə yalnız toplama və çıxma, yaxud yalnız vurma və bölmə əməlləri
ola bilər. Məsələn:
25 – 5 + 12 – 10
12 : 4 · 2
Bu halda əməllər soldan sağa yazıldığı ardıcıllıqla yerinə yetirilir.
1
2
3
25 – 5 + 12 – 10 = 20 + 12 – 10 = 32 – 10 = 22
1
2
12 : 4 · 2 = 3 · 2 = 6
İfadələrə həm toplama və çıxma, həm də vurma və bölmə əməlləri daxil ola bilər.
Məsələn:
12 + 8 : 4
73 – 5 · 7
3 · 9 + 12 : 6
Bu halda əvvəlcə vurma və bölmə əməlləri, sonra isə toplama və çıxma əməlləri soldan sağa yazıldığı ardıcıllıqla yerinə yetirilir.
2
1
12 + 8 : 4 = 12 + 2 = 14
2
1
73 – 5 · 7 = 73 – 35 = 38
1
3
2
3 · 9 + 12 : 6 = 27 + 2 = 29
Bələdçi
Əməllərin hansı ardıcıllıqla yerinə yetirildiyini müəyyən edin. İfadələrin qiymətini tapın.
• NÜMUNƏ •
1
2
3
4 · 4 : 2 · 3 = 16 : 2 · 3 = 8 · 3 = 24
1
2
3
4
14 : 7 + 5 · 2 – 3 = 2 + 10 – 3 = 12 – 3 = 9
a)
13 – 5 + 7 – 10
b)
63 : 7 + 1
c)
54 : 9 · 3
d)
35 – 15 – 7 · 2
e)
48 : 8 : 2
f)
17 – 28 : 4 + 6 · 3
5-ci bölmə •
Riyazi ifadələr. Tənlik