MƏSƏLƏ HƏLLİNƏ
NÜMUNƏ
Elxanın oxuduğu kitabın 120 səhifəsi var. O, 5 gün ərzində hər gün 6 səhifə,
növbəti 2 gün ərzində isə hər gün 8 səhifə oxudu.
Elxan kitabı oxuyub tamamlamaq üçün daha neçə səhifə oxumalıdır?
1-ci addım • • •
MƏSƏLƏNİ
Anla
• • • məsələni başa düşmək
Nəyi tapmalıyam: Kitabın oxunmayan səhifələrinin sayını.
Nə məlumdur: Kitabın 120 səhifə olduğu, 5 gün ərzində hər gün 6 səhifə, növbəti 2 gün
ərzində isə hər gün 8 səhifə oxunduğu.
Qısa yazılışı
Kitabda var - 120 səhifə
Elxan oxudu:
5 gün - hər gün 6 səhifə
2 gün - hər gün 8 səhifə
Oxumalıdır - ? səhifə
Təsviri
2-ci addım • • •
PLAN
Qur
• • • məsələnin həll yolunu fikirləşmək
Necə həll edə bilərəm: Elxanın oxuduğu səhifələrin ümumi sayını taparam.
Sonra isə kitabın səhifələrinin sayından çıxaram.
3-cü addım • • •
HƏLL
Et
• • • məsələni həll etmək
1-ci üsul. Məsələni iki addımla həll edərəm.
- O, kitabın daha neçə səhifəsini oxumalıdır?
120 - 46 = 74
2-ci üsul. Uyğun ifadə yazıb qiymətini taparam.
120 - 5 • 6 - 2 • 8 = 120 - 30 - 16 = 90 -
16 = 74
Cavab. Elxan kitabı oxuyub tamamlamaq üçün daha 74 səhifə oxumalıdır.
4-cü addım • • •
Yoxla
• • • cavabı yoxlamaq
Məsələnin həllini necə yoxlaya bilərəm: Elxanın oxuduğu səhifələrin sayı ilə
oxunmamış səhifələrin sayını toplayaram. Cavab 120 olmalıdır.
5 • 6 + 2 • 8 + 74 = 30 + 16 + 74 = 120