Uşaqların hərəsində bir fəza fiquru var. Onlar
bu fiqurların əvvəl yan üzünü, sonra isə
oturacaqlarını boyaya batırıb kağıza basdılar.
Kağızda göstərilən fiqurlar alındı.
Kimdə hansı fəza fiquru var?
Öyrənmə
Fəza fiqurlarının səthləri, əsasən,
müstəvi fiqurlardır.
Silindr
Silindrin hər iki
oturacağı dairədir.
Prizma
Şəkildəki üçbucaqlı
prizmanın oturacaqları
üçbucaq, üzləri isə
düzbucaqlıdır.
Fəza fiqurlarına müxtəlif
tərəflərdən baxdıqda fərqli
fiqurlar görünür.
Kuboid
Bələdçi
• NÜMUNƏ •
Şəkildəki fəza fiqurlarının oturacaq və yan üzləri hansı
müstəvi fiqurlardır?
Müstəqil iş
1. Əşyaların üstdən görünüşləri hansı müstəvi fiqurlara bənzəyir?