Bir ədədi digərinə sütun şəklində bölmək üçün
işarəsindən istifadə olunur.
Sütun şəklində ikirəqəmli ədədi birrəqəmli ədədə bölmək üçün əvvəlcə
onluqlar, sonra isə təkliklər bölünür. Məsələn: 76 : 2 = ?
Addım 1. Onluqlar bölünür.
7 onluq 2-yə bölünür. Qismətdə 3 onluq alınır
və bölünməmiş 1 onluq qalır.
Addım 2. Təkliklər bölünür.
1 onluq 6 təklik 16 təkliyə bərabərdir. 16 təklik
2-yə bölünür. Qismətdə 8 alınır. Qalıq qalmır.
7 onl. : 2 = 3 onl. (q 1 onl.)
7 onl. – 2 · 3 onl. = 1 onl.
16 təkl. : 2 = 8 təkl.
76 : 2 = 38