Üçrəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində bölmək üçün əvvəlcə yüzlüklər,
sonra onluqlar, axırda isə təkliklər birrəqəmli ədədə bölünür. Məsələn: 732 : 3 = ?
Addım 1. Yüzlüklər bölünür.
7 yüzlük 3-ə
bölünür. Qismətdə 2 yüzlük alınır və
bölünməmiş 1 yüzlük qalır.
Addım 2. Onluqlar bölünür.
Qalan
1 yüzlük və 3 onluq 13 onluğa bərabərdir.
13 onluq 3-ə bölünür. Qismətdə 4 alınır və
bölünməmiş 1 onluq qalır.
Addım 3. Təkliklər bölünür.
Qalan 1 onluq
və 2 təklik 12 təkliyə bərabərdir. 12 təklik
3-ə bölünür. Qismətdə 4 alınır. Qalıq qalmır.
7 yüzl. : 3 = 2 yüzl. (q 1 yüzl.)
7 yüzl. – 3 · 2 yüzl. = 1 yüzl.
13 onl. : 3 = 4 onl. (q 1 onl.)
13 onl. – 3 · 4 onl. = 1 onl.
12 təkl. : 3 = 4 təkl.
732 : 3 = 244