Sarı muncuqlar bütün muncuqların hansı
hissəsidir?
Qırmızı muncuqlar bütün muncuqların
hansı hissəsidir?
Öyrənmə
Əşyalar qrupunun bərabər hissələrini kəsrlə ifadə etmək olar. Bunun üçün
bütün əşyaların sayı tam kimi qəbul edilir və onun hissələri tapılır.
Məsələn, şagirdlər otağı bəzəmək üçün 7 ədəd
rəngli bayraq kəsdilər. Onlardan 3-ü yaşıl, 4-ü isə narıncıdır. Beləliklə, yaşıl bayraqlar bütün
bayraqların yeddidə üç hissəsini ( 3 7 ),
narıncı bayraqlar isə yeddidə dörd hissəsini ( 4 7 ) təşkil edir.
Bələdçi
Qabda neçə meyvə var? Armudlar qabdakı meyvələrin hansı hissəsini təşkil edir?
• NÜMUNƏ •
Qabda 5 meyvə var.
Bunlardan 2-si armuddur.
Armudlar qabdakı meyvələrin 2 5
hissəsini təşkil edir.
Müstəqil iş
1. Qırmızı dairələr bütün dairələrin hansı hissəsini təşkil edir?
Kəsrlə ifadə edin.
2. Suallara cavab verin və kəsrlə ifadə edin.
Düzbucaqlılar fiqurların hansı hissəsini təşkil edir?
Üçbucaqlar fiqurların hansı hissəsini təşkil edir?
Üçbucaq olmayan fiqurlar bütün fiqurların hansı hissəsini təşkil edir?