Çox vaxt alış-veriş zamanı həm manat, həm də qəpiklərdən
istifadə olunur. Bu zaman hesablama aparmaq üçün
manatı qəpiklərlə, qəpikləri isə manatlarla ifadə etmək
olar. Məsələn, şəkildəki ərzaqları almaq üçün ödəniləcək
məbləği belə tapmaq olar:
1 man = 100 qəp
100 qəp = 1 man
2 man 68 qəp = 268 qəp
3 man 45 qəp = 345 qəp
613 qəp = 6 man 13 qəp
Malların birinin digərindən nə qədər baha, yaxud ucuz
olduğunu bilmək üçün onların qiymətlərinin fərqi hesablanır.
Məsələn, şəkildəki ərzaqların birinin digərindən nə qədər
baha olduğunu belə tapmaq olar:
5 man = 500 qəp
3 man 75 qəp = 375 qəp
125 qəp = 1 man 25 qəp