İnsanlar işləməklə, yaxud nə isə istehsal edib satmaqla pul əldə edirlər.
Bu, gəlir adlanır. Məsələn, çilingər 5 gün ərzində hər gün 30 manat əldə
edirsə, onun 5 gündə ümumi gəliri 150 manat təşkil edər.
5 · 30 man = 150 man
Yaxud mağaza birinin qiyməti 24 manat olan 10 kisə un
satmaqla 240 manat gəlir əldə edir.