Bakı–Qazax qatarı axşam saat 11-də çıxıb
səhər 9-a 10 dəqiqə qalmış Qazaxa çatır
Qatar nə qədər vaxt yol gedir?
Qatar Qazaxa çatandan yarım saat sonra Bakıya doğru yola çıxdı. Yola eyni vaxt sərf edərsə, qatar
Bakıya saat neçədə çatar?
Açar sözlər
rəqəmsal saat
günortadan əvvəl
günortadan sonra
saniyə
Öyrənmə
Vaxtı müəyyən etmək üçün rəqəmsal saatdan da
istifadə olunur. Rəqəmsal saatda 12:00-a qədər
vaxt günün 1-ci yarısını (günortaya qədər),
12:00-dan böyük vaxt isə günün 2-ci yarısını
(günortadan sonra) bildirir.
Günün 1-ci yarısı (günortaya qədər)
Günün 2-ci yarısı (günortadan sonra)
Bələdçi
Saatı və günün vaxtını söyləyin. Əqrəbli saatlarla uyğunluğu tapın.
• NÜMUNƏ •
Müstəqil iş
1. Əqrəbli və
rəqəmsal saatlar
eyni vaxtı göstərir.
Uyğun ədədləri tapın.