ÜMUMİLəşDİRİCİ
TAPşIRIQLAR
1. Anar babası ilə birlikdə
kvadratşəkilli bağçanı
dörd düzbucaqlı hissəyə
böldü. Sonra o, bağçanın
şəklini çəkdi və bəzi
ölçülərini qeyd etdi. Hər
hissənin perimetrini və
sahəsini tapın.
2. Lalə 1-ci qabdan 150 ml suyu 2-ci
qaba boşaltdı. Hər qabda neçə ml su
oldu?
3. Eyni rəngli qutuların kütlələri bərabərdir. Hər qutunun kütləsini tapın.
4. İnsanın boyunu, dirəyin hündürlüyünü, 1 almanın kütləsini, insanın
kütləsini,
akvariumun tutumunu, 1 fincanın tutumunu, 1 dərsin müddətini hansı vahidlə
ölçmək əlverişlidir: mm, sm, m, q, kq, ml, l, san, dəq?
5. Səbinənin anası 650 q una 250 q şəkər tozu əlavə etdi. O, alınan
qarışığa bir
qədər yağ əlavə etdikdən sonra onun kütləsi 950 q oldu. Səbinənin anası neçə
qram yağ əlavə etdi? Tənlik qurmaqla həll edin.
6. Su qabı 900 ml su tutur. Qabın
1
3
hissəsi su ilə doludur.
- Qabda nə qədər su var?
- Qaba tutumu 100 ml olan stəkanla n dəfə su tökülərsə, qabda neçə ml
su olar?
Uyğun hərfli ifadə yazın və n = 1, n = 2, n = 3
olduqda qabda neçə ml su olacağını tapın.
7. Zooparkda hər marşrut üzrə gəzintinin müddəti cədvəldə
qeyd edilib. Lalə zooparka çatanda girişdəki saat 11:10-u
göstərirdi. O, cədvəldəki ardıcıllıqla gəzintiyə başladı.
- Lalə quşlar və balıqlara baxdıqdan sonra saat neçə olacaq?
- Lalə cədvəl üzrə gəzintini saat neçədə bitirər?
|
Gəzinti |
Müddət |
1 |
Quşlar |
40 dəq |
2 |
Balıqlar |
30 dəq |
3 |
Sürünənlər |
30 dəq |
10-cu bölmə • Ölçmə