Məlumatları müxtəlif üsullarla toplamaq olar: müşahidə etməklə, ölçmə və təcrübələr aparmaqla, sorğu keçirməklə və s. Toplanmış məlumatları cədvəl, piktoqram, sütunlu və xətti diaqramlarla təsvir edib nəticələr çıxarmaq olar. Məsələn, gündəlik həyatda temperaturla bağlı məlumatlara tez-tez rast gəlinir. İnsanın, havanın, suyun və başqa varlıqların temperaturunu ölçmək üçün termometrdən istifadə olunur.
Temperatur çox zaman “selsi” (Celsius) ilə ölçülür və °C kimi işarə edilir. Məsələn, adi şəraitdə su 0°C temperaturda donur, 100°C temperaturda isə qaynayır. İnsanın normal temperaturu 36°C olur. Yay zamanı isti vaxtlarda havanın temperaturu 40°C və daha çox ola bilər. 1 həftə ərzində günün eyni vaxtlarında havanın temperaturunu ölçməklə belə təsvir etmək olar.
Həftənin günləri | Havanın temperaturu, °C |
Bazar ertəsi | 20°C |
Çərşənbə axşamı | 15°C |
Çərşənbə | 10°C |
Cümə axşamı | 15°C |
Cümə | 15°C |
Şənbə | 20°C |
Bazar | 25°C |