ÜMUMİLəşDİRİCİ
TAPşIRIQLAR
1. Avtomatın düyməsini basdıqda içindəki şarlar qarışır və bir şar çıxır.
Fikirlərə uyğun avtomatları müəyyən edin.
- Düşən şar mütləq yaşıl olacaq.
- Düşən şar, çox güman ki, sarı olacaq.
- Düşən şarın yaşıl olması mümkün deyil.
- Düşən şar çətin ki, yaşıl olsun.
2. Torbada naməlum sayda qəhvəyi, sarı və ağ toplar var. Samir hər dəfə
torbadakı topları qarışdırır, içinə baxmadan bir top çıxarır və rəngini cədvəldə
xətlə qeyd edib yerinə qoyur. Cədvələ əsasən doğru fikirləri müəyyən edin:
- Növbəti top mütləq sarı olacaq.
- Növbəti top, çox güman ki, qəhvəyi olacaq.
- Növbəti top çətin ki, sarı olsun.
- Növbəti topun ağ olması mümkün deyil.
3. Xətti diaqramda ustanın 4 həftə ərzində əldə etdiyi həftəlik gəlir təsvir edilib.
- Usta 1-ci və 2-ci həftədə cəmi nə qədər gəlir əldə etdi?
- Ən çox və ən az gəliri hansı həftələrdə əldə edib? Onlar
arasında fərq nə qədərdir?
- Hansı həftədə əvvəlki həftə ilə müqayisədə daha az gəlir
əldə olundu? Bunu necə müəyyən etmək olar?
- 4 həftə ərzində ustanın xərci 685 manat olarsa, onun yığımı
nə qədər olar?
4. Xətti diaqramda 5 ay ərzində Bakıda və Gəncədə aylar üzrə
ən yüksək temperatur göstəriciləri verilib.
- Hansı aylarda ən yüksək temperatur Gəncədə Bakıdan
çoxdur?
- Hansı ayda Bakıda ən yüksək temperatur Gəncə ilə eynidir?
- Hansı iki ardıcıl ayda Gəncədə ən yüksək temperatur
dəyişməyib?
- Xətti diaqrama əsasən əlavə bir neçə sual tərtib edin.
- Dəftərinizdə xətti diaqrama uyğun ikisütunlu diaqram
qurun.