Kəsişən düz xətlər – yalnız bir
ortaq nöqtəsi olan düz xətlər.
Kəsr – vahidin bərabər bölünmüş bir və ya bir
neçə hissəsi.
Kəsrin məxrəci – vahidin
neçə bərabər hissəyə
bölündüyünü göstərən ədəd.
Kəsrin surəti – vahidin bərabər
hissələrindən neçəsinin
götürüldüyünü göstərən ədəd.
Kilometr – 1 000 m-ə bərabər uzunluq ölçü
vahidi. Qısa olaraq “km” kimi yazılır.
Korbucaqlı üçbucaq – bucaqlarından
biri kor bucaq olan üçbucaq.
Qalıq – bir ədədi digərinə bölərkən qismət
tapıldıqdan sonra qalan ədəd.
Qalıq = Bölünən – Qismət · Bölən
9 : 2 = 4 (q 1)
Qalıqlı bölmə – bir ədəd digərinə tam
bölünmədikdə qismətin və qalığın tapılması.
Qazanc – gəlirlə xərc arasındakı fərq.
Gəlir:
24 manat
Xərc:
21 manat
3man
Millilitr – 1 litrin
1
1 000
hissəsinə bərabər
tutum ölçü vahidi. Qısa olaraq “ml” kimi yazılır.
Millimetr. – santimetrin ,
1
10
yaxud metrin
1
1 000
hissəsinə bərabər uzunluq ölçü
vahidi. Qısa olaraq “mm” kimi yazılır.