TEXNOLOJİ VASİTƏLƏR
2. KƏSİCİ VƏ DEŞİCİ ALƏTLƏRLƏ İŞ
QAYÇI İLƏ İŞ
Qayçını yoldaşınıza
dəstəyi irəli olmaqla bağlı
şəkildə ötürün.
Qayçının ağzını
yuxarı tutmayın.
Qayçının ağzını
açıq şəkildə qoymayın.
Qayçı ilə iş zamanı kəsmə istiqamətini diqqətlə izləyin:
Düz xətt üzrə kəsmək üçün
qayçını düzünə hərəkət etdirin.
Dairəvi detalları kəsərkən
pəstahı fırladın.
Mürəkkəbkonturlu detalları
rahat kəsmək üçün əvvəlcə
boşluqları ümumi şəkildə,
sonra isə xırda hissələrlə kəsin.
Arasıkəsilməyən xətti kəsmək
üçün kağızı təsvirin istiqamətinə
uyğun olaraq müxtəlif tərəflərə
döndərin və kəsin.