MƏİŞƏT MƏDƏNİYYƏTİ
6. SƏHƏR SÜFRƏSİ. NAHAR SÜFRƏSİ
Biz səhərlər yemək yeyirik.
Səhər süfrəsi necə olmalıdır?
Səhər süfrəsinə nələr daxildir?
Səhər yeməyi bütün gün ərzində yaxşı əhvali-ruhiyyənin qorunmasına imkan verir.
Səhər süfrəsini hazırlayarkən masaya kətan və ya pambıq parçadan salfet qoyulur. Salfetin üstünə kiçik nimçə yerləşdirilir. Nimçənin soluna ağzı yuxarı baxan çəngəl, sağına isə iti bıçaq qoyulur. Bıçağın ağzı nimçəyə tərəf qoyulmalıdır. Bıçağın dəstəyinin yanında nəlbəki və fincan qoyulur. Fincanın dəstəyi solda və nəlbəkidəki çay qaşığı sağda olmalıdır. Belə olduqda onlardan istifadə etmək asanlaşır. Masaya pendir, yağ və xama ayrıca qablarda qoyulur. Səhər yeməyinə ilıq bişirilmiş yumurta xüsusi qabda verilir. Qabı xırda nimçəyə qoymaq lazımdır. Yumurtanın yanında mütləq çay qaşığı olmalıdır.
Bərk bişirilmiş yumurtanı süfrəyə soyulmuş halda vermək lazımdır.
Qayğanaq süfrəyə çox zaman tavada verilir. Masaya çörəkqabı, cem və ya bal nimçəsi, içərisində şəkər tozu olan qab, duz və istiot qoyulur.
Səhər süfrəsinə ət məmulatları (sosiska və kolbasa), düyü və manna sıyıqları verilə bilər.
• Masanın nahara hazırlanması nə
deməkdir?
• Nahar süfrəsini hazırlayanda nədən
başlamaq lazımdır?
• Nahar masasına qab-qacağı necə
düzmək lazımdır?