APLİKASİYA İŞLƏRİ
12. HEYVAN SİLUETLƏRİ. PANDA
Panda haqqında nə bilirsiniz?
Panda - Çinin cənubunda yaşayan çox nadir heyvanı belə adlandırırlar. Yer kürəsində cəmi bir neçə yüz panda qalmışdır. Buna görə də onlar təbiətin mühafizəsi üzrə “Qırmızı kitab”a daxil edilmişlər. Bu təşkilat pandanın əsas qida mənbəyi olan bambuk meşələrinin mühafizəsinə nəzarət edir. Onları ovlamaq qəti qadağandır.
Pandanın aplikasiyasını
hazırlayaq.
1. Pandanın konturunu (səh. 68) əvvəlcə kalkaya, sonra ağ kağıza köçürün.
2. Pandanın konturunu qayçı vasitəsilə kəsin və onun ağrəngli siluetini* qara kağıza yapışdırın qara flomasterlə pandanın sifətini formalaşdırın.
Panda aplikasiyası hazırdır.
SUALLAR