APLİKASİYA İŞLƏRİ
14. QAR DƏNƏCİYİ APLİKASİYASININ
HAZIRLANMASI
Siz nə vaxtsa əsl qar dənəciklərinə fikir vermisiniz?
Onlar necə görünür?
Qeyd etmək lazımdır ki, qar dənəcikləri nazik buz iynəciklərdən ibarətdir və altıbucaqlıdır. Buz iynəciklər birləşib saysız-hesabsız naxışlar yaradır.
Şəkildəki qar dənəciklərindən hansı əslinə oxşayır?
Siz onların fərqini nədə görürsünüz?
Qar dənəciyini kəsmək üçün nazik kağız götürün.
Bu, kalka, kağız salfet, folqa ola bilər.
Kağız nə üçün nazik olmalıdır?
Qar dənəciyi nə qədər zərif naxışlı olsa, o qədər incə görünər.
Ona görə də qar dənəciyi kəsdiyimiz kağız nazik olmalıdır.
Altıbucaqlı qar dənəciyini kəsmək üçün nişanlama ardıcıllığı
belə yerinə yetirilir:
Nişanlamanı sol tərəfdən edirik. Qar dənəciyi necə alınır?
Əgər şəkil sağ tərəfdən çəkilərək kəsilərsə, qar dənəciyi alınar?
Əgər şəkli hər iki tərəfdən çəkərək kəssəniz, nə alınar?