APLİKASİYA İŞLƏRİ
15. HƏNDƏSİ FİQURLARDAN APLİKASİYA.
MƏZƏLİ KÖPƏK
Şəkildəki köpək sizə tanışdırmı?
Köpək aplikasiyasında hansı
fiqurlardan istifadə edilib?
Bu balaca, qısaayaqlı köpəyin adı Pekinesdir.
Cinsin adı Pekin şəhərindən gəlir. Çinlilər pekinesləri Fu itləri adlandırırlar. Pekineslər Çin imperatorunun ailəsinə mənsub idi, sarayda saxlanılırdı.
Rəngli kağızlardan məzəli köpək aplikasiyası düzəldək.
1. 3 rəngdə (açıq və tünd-qəhvəyi, narıncı) kağız götürün və pərgarın köməyi ilə müxtəlifdiametrli* dairələr kəsin.
2. Qayçı ilə dairələri yarıya bölün. Böyük dairənin yarısı gövdə, kiçik dairələr baş, qulaqlar və qısa tüklər üçündür.
3. Tükləri üçün böyük və kiçik yarımdairələri bərabər hissələrə xətkeşlə bölün və qayçı ilə kəsin.
*Diametr - çevrənin mərkəzindən keçib, onun iki nöqtəsini birləşdirən düz xətdir.