KAĞIZQATLAMA
21. KAĞIZ MODULLARDAN
ÜRƏKŞƏKİLLİ ÇƏRÇİVƏ
Fotoşəkil üçün çərçivəyə baxın.
Ürəkşəkilli çərçivə nədən hazırlanmışdır?
Bu çərçivə kağız modullarından hazırlanmışdır. Kağız modul kağızqatlama texnikası ilə əldə edilir. Bizə üçbucaqlı modullar lazım olacaq.
1. Üçbucaqlı modul A4 vərəqindən qatlanır. Kağızı yarıya, sonra isə daha iki dəfə qatlayın.
2. Bir düzbucaqlını tam olaraq yarıya qatlayın.
3. Kağız açılanda 16 düzbucaqlı alınacaq.
4. Düzbucaqlının əvvəlcə bir tərəfini, sonra digər tərəfini ortasına qatlayın və çevirin.
5. Küncləri əyərək üçbucağın daxilinə qatlayın.
6. Kənarları yuxarı qatlayın.