KAĞIZQATLAMA
22. KAĞIZI QATLAYIRIQ VƏ KƏSİRİK.
MAMONT* FİQURU
Şəkli diqqətlə nəzərdən keçirin.
Bu hansı heyvanın fiqurudur?
Texnoloji xəritə və işin yerinə ye-
tirilməsi
planı əsasında mamont
fiqurunu hazırlayaq.
Məmulatın hazırlanması ardıcıllığına diqqət yetirin.
Mamontun dişlərinin alınması üçün xortumun bir hissəsini, quyruğunun alınması üçün arxa ayaqlarının bir hissəsini kəsin.
Sonda flomasterlə mamontun
gözünü qeyd edin.
SUALLAR
1. Mamont fiqurunun hazırlanması ardıcıllığı neçə
mərhələdən ibarətdir?
2. Kağız qatlamaqla başqa hansı fiqurları
hazırlamaq olar?
1. Şəkildəki fiqurların adını əlamətlərinə görə təyin
edin və onları müstəqil hazırlayın.
2. Fiqurların hazırlanması texnologiyaları arasındakı
fərqi müəyyənləşdirin.