İPLİKLƏ İŞ
23. “KƏNAR” VƏ “İLGƏK” TİKİŞLƏRİ
Şəkildəki tikişlərə baxın və onların necə yerinə yetirildiyini
danışın. Astar tərəfdən bu tikiş hansı görünüşə malikdir?
(1).
Nə üçün 2-ci şəkildəki tikiş “ilgək” tikiş adlanır?
Paltarlarda ilgəkləri “ilgək” tikişlə tikirlər. Öz paltarınızda ilgəyi tapın. Siz bu tikişlərdə hansı ümumi cəhəti görürsünüz? Tikişlərin fərqi nədədir? Onları əks tərəfə yerinə yetirmək olarmı? Yoxlayın.
Bu tikişlərlə salfetin, gəlincik üçün dəsmalın qıraqlarını tikmək, parçadan olan oyuncaqların detallarını birləşdirmək, parçadan aplikasiya tikmək olar. “İlgək” tikişlərlə hətta naxış da salmaq olar. “Kənar” və “ilgək” tikişləri tikiş maşını ilə də yerinə yetirmək olar.
Daha hansı “ilgək” tikişi variantlarını fikirləşmək olar?
“İlgək” tikişi və onun variantları
Şəkildəki parça aplikasiya “ilgək” tikişlə tikilmişdir.
SUALLAR
1. Daha hansı növ tikişlər tanıyırsınız?
2. Bu tikişlərdən harada istifadə etmək olar?
“Kənar” və “ilgək” tikişlərindən istifadə edərək parçaya şəkildəki kimi naxış salın.