İPLİKLƏ İŞ
25. HƏRƏKƏTLİ DETALLARI OLAN
OYUNCAQLAR. ŞƏN AYI BALASI
1. Sizcə, onu necə hazırlamaq olar?
2. Şən ayı oyuncağının pəncələrini necə hərəkət etdirmək olar?
Ayı balası oyuncağını düzəldək.
1. Ayı balasının konturunu (səh. 71) qəhvəyi kartona köçürün.
2. Konturun hər bir hissəsini kəsin. Beş hissə alınır - baş və dörd pəncəsi olan gövdə.