TEXNOLOJİ VASİTƏLƏR
1. TEXNOLOGİYA BİZİM ƏHATƏMİZDƏ.
ƏMƏK ALƏTLƏRİ
Ətrafınızda gördüyünüz nə varsa, təbiət və ya insan tərəfindən yaradılmışdır. İnsanlar yaşayış yerləri tikməyi, qida əldə etməyi, həyat üçün lazım olan məmulatlar yaratmağı öyrənmişlər. Bütün bunlar əmək nəticəsində əldə edilir.
Əmək nədir?
İnsanın işləməsi nə üçün vacibdir?
Şəkildə hansı peşələr təsvir olunmuşdur?
Əmək - fəaliyyətdir. Ancaq əmək sərf etməklə nəsə yeni bir şey öyrənmək və düzəltmək, həyatı dəyişmək, daha rəngarəng etmək olar.