17
|
Rəssam-illüstrator
|
Rəssam əli ilə yaradılan əşyalardan biri də hər gün istifadə etdiyiniz kitablardır. Kitab rəfinə nəzər salsanız, orada dərslik, nağıllar, müxtəlif ölçülü nazik və qalın kitablar görərsiniz.
Kitabda mətnlə yanaşı, rəssamın çəkdiyi şəkilləri də görürük. Bu təsvirlər kitabda yazılan hadisənin təsviridir, o, illüstrasiya adlanır. İllüstrasiyalar kitab qəhrəmanlarını və hadisələrin baş verdiyi məkanı əks etdirir.
Kitab üz qabığından başlayır. O, qalın və yumşaq ola bilər. Kitaba baxarkən nəyə aid olduğunu dərhal bilmək olar.
Rəssam kitabın üz qabığını işləyərkən onun adı üçün xüsusi yer ayırır, müxtəlif forma, ölçü və rənglərdə olan hərflər seçir.