25
|
Park, bağ, bulvar
|
Şəhəri bağ, park və bulvarsız təsəvvür etmək mümkün deyil. Onlar şəhərdə yaşıl adalara bənzəyir. Burada meşədəki kimi, yamyaşıl otlar bitir, ağaclar boy atır, quşlar oxuyur. Lakin hər şey tamamilə fərqli təşkil olunub.
Parkda qızılı qum səpilmiş cığırlar, inanılmaz formalarda qazon və ləklər var. Burada qeyri-adi qayçılanmış şar və ya piramida formalarda olan ağaclar, çoxlu fəvvarə və heykəllər görmək mümkündür. Təbiəti özünə tabe edən əlbəttə ki, insandır. Bu səbəbdən parkları "yaşıl inşaat" adlandırırlar.
Parkları həqiqətən tikir, yaradırlar. Hər hansı bir park yaradılanda, ilk növbədə ondan necə istifadə olunacağını, orada yerləşəcək yolların, oturacaqların, fontanların, heykəllərin və onların formaları düşünülür.
Paytaxtımızın ən böyük parkı — Dənizkənarı bulvardır. Burada insanlar dincəlir, uşaqların əylənməsi üçün müxtəlif attraksionlar fəaliyyət göstərir.