BÖLMƏ 1
3
YEDİYİMİZ QİDALAR HANSI PROSESDƏN KEÇİR?
Yaşamaq üçün qidaya ehtiyacımızın olduğunu artıq öyrənmişsiniz. Qida gündəlik fəaliyyətimizi həyata keçirmək üçün bizə enerji verir. Həmçinin yediyimiz qidaların köməyi ilə biz böyüyür və inkişaf edirik.
Düyü, çörək, ət və tərəvəz kimi qidalar orqanizmizin istifadə edə biləcəyi formada deyil. Buna görə də həmin qidalar daha sadə birləşmələrə parçalanmalıdır.
Yediyimiz qidalar sadə birləşmələrə parçalandıqdan, yəni həzm olunduqdan sonra orqanizm tərəfindən sorulur. Bu proses qida həzm kanalından keçdiyi zaman baş verir. Həzm kanalı boruşəkilli olub ağız ilə başlayır və anusla bitir. Həzm kanalı və həzmə kömək edən bəzi orqanlar (məsələn, ağız suyu vəziləri, qaraciyər və mədəaltı vəzi) həzm sistemini təşkil edir.
Fəaliyyət 6
Həzm orqanları hansı funksiyanı yerinə yetirir?
Məqsəd.
Təlimat.
Addım 1.
Addım 2.
Həzm kanalındakı orqanların yeri və funksiyalarının araşdırılması.
Həzm kanalını əmələ gətirən orqanlar haqqında məlumat toplayın.
Araşdırmanın nəticəsini təqdim edin. Təqdimatınıza aşağıdakıları daxil edin:
a) Həzm kanalını əmələ gətirən orqanların adı və yerləşdiyi yer;
b) Hər bir orqanın yerinə yetirdiyi əsas funksiya.