BÖLMƏ 1
4
HAVA BİZƏ NƏ ÜÇÜN LAZIMDIR?
Siz heç astronavtların skafandra və dalğıcların akvalanqa nə üçün ehtiyacları olduğu barədə düşünmüşsünüzmü? Onlar bu xüsusi avadanlıqlardan nə üçün istifadə edirlər? Astronavt skafandr olmadan Ayın səthində gəzə bilərmi və ya dalğıc akvalanqdan istifadə etmədən okeanın dərinliklərini tədqiq etməyi bacararmı?
Oksigen balonu
Sizin də təxmin etdiyiniz kimi bu mümkün deyil. Biz canlı varlıqlarıq. Canlıların yaşaması üçün qida və sudan başqa oksigenə də ehtiyacı var. Buna görə də insan nəfəs alaraq hüceyrələri oksigenlə təmin edir. Bu zaman bizə tənəffüs sistemi kömək edir.
Fəaliyyət 7
Biz nəfəs alıb-verdikdə nə baş verir?
Sualın cavabını tapmaq üçün aşağıdakı hərəkətləri icra edək:
Addım 1.
Addım 2.
Addım 3.
Addım 4.
Nəfəsinizi bacardığınız qədər saxlamağa çalışın. Niyə nəfəsinizi uzun müddət saxlaya bilmədiniz?
Rezin şar götürün.
a) Şarı adi qaydada üfürərək doldurun. Sonra havasını boşaldın.
b) İndi bir əlinizlə burnunuzu tutaraq şarı yenidən doldurmağa çalışın. Şar hava ilə dolurmu?
Şarı doldurmaq üçün bədəninizin hansı hissələrindən və orqanlarından istifadə etdiniz?.
Siz şarı iki müxtəlif üsulla doldurmağa səy göstərdiniz. Bu üsullar arasında fərq müşahidə etdinizmi? Təcrübədən hansı nəticəyə gəldiniz?