FİZİKİ VƏ KİMYƏVİ HADİSƏLƏR
16
FİZİKİ HADİSƏLƏR
Ətrafımızda baş verən bütün dəyişikliklər hadisə adlanır. Maddənin tərkibində dəyişikliyin müşahidə olunmadığı hadisələrə fiziki hadisələr deyilir.
Aşağıda təsvir olunan fiziki hadisələrlə tanış olaq.
Bu hadisələr zamanı maddələrin forması dəyişdiyi halda, onların tərkibində dəyişiklik baş vermir
Bilirsinizmi?
Bəzi zibil qablarının üzərinə “kağız, karton, plastik, şüşə, metal üçün” yazıldığının şahidi olmuşuq. Yığılan bu tullantılar tərkibi dəyişmədən yenidən emal olunur və onlardan yeni məhsullar hazırlanır.
Düşün, müzakirə et, paylaş
Əvvəlki bölmədə ərimə, donma, qaynama, buxarlanma və kondensasiya ilə tanış oldunuz. Bu çevrilmələri fiziki hadisələrə misal göstərə bilərikmi?
Fikrinizi əsaslandırın.