BÖLMƏ 4
17
KİMYƏVİ HADİSƏLƏR
Bəzi hadisələr zamanı maddələrin tərkibi dəyişir. Bu zaman bir maddə başqa bir maddəyə çevrilir. Belə hadisələr kimyəvi hadisələr adlanır. Məsələn, südün qatığa çevrilməsi kimyəvi hadisədir. Çünki süd və qatığın tərkibi bir-birindən fərqlənir.
Kimyəvi hadisələr zamanı alınan maddə, əsasən, əvvəlki halına qayıda bilmir. Yəni əksər kimyəvi hadisələr dönməyəndir.
Çiy balıq istiyə məruz qaldıqda bişməyə başlayır. Lakin bişmiş balığın əvvəlki çiy halına qayıda bilməsi mümkün deyil.
Yanma da kimyəvi hadisədir.
Ağac yarpaqları yandıqda külə çevrilir və sonradan əvvəlki halına qayıda bilmir.
Ətrafımızda çox sayda kimyəvi hadisələr baş verir. Kimyəvi hadisələr həm də kimyəvi reaksiyalar adlanır.