QARIŞIQLAR
19
MADDƏLƏRİN SUDA HƏLL OLMASI
Suda həll olan və həll olmayan maddələr
Fəaliyyət 1
Suda həll olan və həll olmayan maddələri müəyyən etmək
Məqsəd.
Xörək duzu, çay sodası və qumun suda həll olmasını yoxlamaq.
Ləvazimat.
Stəkan (3 ədəd), çay qaşığı, su, çay sodası, xörək duzu, qum
Təlimat.
Addım 1.
Stəkanlardan birinə su və yarım çay qaşığı xörək duzu əlavə edib qarışdırın.
Addım 2.
Digər stəkana su və yarım çay qaşığı çay sodası əlavə edib qarışdırın.
Addım 3.
Üçüncü stəkana su və yarım çay qaşığı qum əlavə edib qarışdırın.
Nəticə çıxarın.
Alınan qarışıqlar bir-birindən nə ilə fərqləndi?
Fərqin səbəbini necə izah edərdiniz?
Bir müddət sonra hansı qarışıqda dəyişiklik müşahidə etdiniz?
Bəzi bərk maddələr suda həll olur. Məsələn, şəkər tozu və ya xörək duzunu suya əlavə edib qarışdırdıqda alınan qarışıqda şəkər tozu və xörək duzunu görmək olmur. Buna səbəb şəkər tozu və xörək duzunun suda həll olmasıdır. Bu qarışığı bir müddət saxladıqda heç bir dəyişiklik baş vermir.
Şəkər tozunun və xörək duzunun su ilə qarışığı onların suda məhlulları da adlanır. Bu məhlullarda şəkər tozu və xörək duzu həll olan maddə, su isə həlledicidir.
Məhlul