BÖLMƏ 5
20
QARIŞIQLARIN AYRILMASI
Biz bilirik ki, qarışıqlar iki və daha çox saf maddədən ibarətdir. Qarışıqları onu əmələ gətirən saf maddələrə ayırmaq üçün müxtəlif üsullardan istifadə etmək olar. Bir neçə ayrılma üsulu ilə tanış olaq.
Ələmə üsulu
Müxtəlif ölçülü bərk maddələri bir-birindən ayırmaq üçün ələklərdən istifadə edilə bilər.
Düşün, müzakirə et, paylaş
Sizcə, qumu və unu niyə ələyirik? Fikrinizi əsaslandırın.
Qum və daş (çınqıl) qarışığını ələklə ayırmaq olar. Qum dənələrinin ölçüsü daşların ölçüsündən kiçikdir. Bu halda elə ələk seçilir ki, qum dənələri ələyin dəliklərindən keçsin, amma daşlar keçə bilməsin.