BÖLMƏ 6
22
ENERJİNİN HANSI NÖVLƏRİ VAR?
Bəzi enerji növlərini və onların mənbələrini tanıyaq.
Kimyəvi enerji
Kimyəvi enerji qidalarda, elektrik batareyalarında və təbii qaz, kömür, benzin kimi müxtəlif yanacaqlarda mövcud olan enerji növüdür. Deməli, qida maddələri, batareyalar və yanacaqlar kimyəvi enerji mənbələridir. Həzm və yanma kimi proseslər kimyəvi enerjidən istifadə etməyimizi mümkün edir.
Şəkildəki yanacaqların adlarını sadalaya bilərsinizmi? Yanacaqlar kimyəvi enerji mənbəyidir. Yanma prosesi zamanı onların kimyəvi enerjisi istilik və işığa çevrilir.