QİDA ZƏNCİRİ
28
QİDA ZƏNCİRİNƏ DAXİL OLAN HALQALAR BİR-BİRİNDƏN NECƏ ASILIDIR?
Qida zəncirinə diqqət yetirin. Sizcə, produsent və konsumentlər bir-birlərindən necə asılıdırlar? Hər hansı canlının sayındakı dəyişkənlik qida zəncirindəki digər canlıların yaşamasına və sayına təsir edirmi?
Heyvanlar ətraf mühitin çirklənməsi, qida mənbəyinin və ya yaşayış yerlərinin məhv olması kimi bir çox səbəblərdən tələf ola bilərlər. Sizcə, çoxlu sayda qurbağanın tələf olması qida zəncirinə necə təsir göstərər?
Canlılar tələf olduqda nə baş verir?
Necə düşünürsünüz: canlılar öldükdən sonra nə baş verir?
Bitkilər və heyvanlar məhv olduqda, çürüdücülər olaraq bilinən bir qrup orqanizm tərəfindən daha sadə maddələrə parçalanırlar. Bu sadə maddələr bitkilər tərəfindən su ilə birlikdə torpaqdan udularaq istifadə olunur. Bakteriyalar və göbələklər qida zəncirində məhv olmuş orqanizmlərin çürüməsində iştirak edirlər.