BÖLMƏ 8
30
İŞIQ HANSI İSTİQAMƏTDƏ ƏKS OLUNUR?
İşıq güzgü kimi hamar səthə düşdükdə əks olunaraq yayılma istiqamətini dəyişir. Güzgülər işığı yaxşı əks etdirdiyinə görə onlardan bir çox məqsədlərlə istifadə olunur.
Aşağıdakı şəkillərdə güzgülərdən hansı məqsədlə istifadə olunduğunu birlikdə müzakirə edək.
Fəaliyyət 3
Kürəyində nə yazılıb?
Məqsəd.
İşığın güzgülərdən əks olunmasını müşahidə etmək
Ləvazimat.
Yapışqanlı qeyd vərəqi, qələm və iki ədəd kiçik güzgü
Təlimat.
Addım 1.
Qeyd vərəqinə sadə bir şəkil çəkin. (Sinif yoldaşınız bu şəkli görməməlidir).
Addım 2.
Qeyd vərəqini sinif yoldaşınızın kürəyinə yapışdırın.
Addım 3.
Sinif yoldaşından güzgülərdən istifadə etməklə vərəqdə nə gördüyünü soruşun.
Nəticə çıxarın: