BÖLMƏ 9
34
VULKANLAR NECƏ YARANIR ?
Vulkanizm Yerin mantiya qatındakı maddələrin yüksək temperatur və təzyiqlə Yer səthinə çıxması prosesidir. Püskürmə zamanı bu maddələr vulkan boğazı vasitəsilə yer səthinə çıxır. Ərimiş maddələr Yerin daxilində hərəkət edərsə, maqma, Yerin xaricində hərəkət edərsə, lava adlanır. Həm vulkanizm proseslərinin, həm də zəlzələlərin baş verdiyi ərazilər, əsasən, litosfer tavalarının sərhədlərində yerləşir.