ƏTRAF MÜHİT VƏ BİZ
37
TƏBİİ EHTİYATLAR DEDİKDƏ NƏ BAŞA DÜŞÜRÜK ?
Təbii ehtiyatlar təbiətdə mövcud olan və müəyyən hissəsi insanlar tərəfindən istifadə edilən qaynaqlardır. Təbii ehtiyatlara meşə, hava, su, heyvanlar, torpaq, neft, Günəş enerjisi, külək enerjisi və s. kimi nümunələr göstərmək olar.
Biz təbii ehtiyatlardan gündəlik həyatımızda istifadə edirik. Hava ən vacib təbii ehtiyatlardandır. Nəfəs aldığımız hava oksigen ilə zəngindir. Əgər oksigen olmazsa, əksər canlılar məhv olar. Biz eyni zamanda qida məhsullarımızı da təbiətdən əldə edirik. Demək olar ki, bütün qida məhsullarımız bitki və heyvandan alınır. Meyvə, tərəvəz, düyü və s. kimi qidalar bitki mənşəlidir. Yumurta, süd, bal, ət və bir sıra məhsullar heyvanlardan əldə edilən qidalardır.