BÖLMƏ 10
39
ƏTRAF MÜHİT NECƏ ÇİRKLƏNİR?
Yer kürəsi çox sayda canlı növlərinin evidir və onların hər biri qida, hava, su və digər ehtiyaclar üçün ətraf mühitdən asılıdır. Buna görə də ətraf mühitin qorunması canlıların həyatını davam etdirmələri üçün vacibdir. İnsanların istehsal fəaliyyətlərinin artırması nəticəsində ətraf mühitə zərərli maddələr atılır. Nəticədə atmosferin, suyun və torpağın çirklənməsi baş verir
Atmosferin çirklənməsi
Hava çirkliliyi müasir dövrün ən ciddi ətraf mühit problemlərindən biridir. Bu problem həm insan fəaliyyətləri, həm də təbii amillər səbəbi ilə baş verir. İnsan amili ilə müqayisədə havanın çirklənməsində təbii amillərin təsiri azdır. Çünki vulkan püskürmələri, meşə yanğınları, toz fırtınaları və s. kimi təbii amillərin təsiri müəyyən bir ərazidə və daha az sıxlıqla baş verir.
Fəaliyyət 1
Yanacaq yanarkən ətraf mühit necə çirklənir ?
Atmosfer çirklənməsinin səbəbləri
Atmosfer çirklənməsinin nəticələri