Aborigenlərin ov və döyüş silahını – bumeranqı kim tanımır ki. (1) Əksəriyyət əmindir ki, (2) bumeranq Avstraliyada icad edilib və qədimdə yalnız bu qitədə istifadə olunub. Çoxumuz hətta uşaqlıqda özümüzü Avstraliya aborigenlərinə bənzədərək ağacdan bumeranq da (1) düzəltmişik və onun hədəfə dəydikdən sonra niyə geri qayıtmadığına təəccüblənmişik. Axı oxumuşuq və kinolarda (2) görmüşük ki, bu əyri, yastı, balaca dəyənək fırlana-fırlana sonda mütləq atıldığı nöqtəyə qayıdır. Hələ də (3) belə düşünürük. Ona görə də kiminsə pis əməli özünə qayıdanda bunu “bumeranq effekti” adlandırırıq.
Maraqlıdır ki, bumeranq haqqında bu təsəvvürlərdə bir neçə yanlışlığa yol verilmişdir.
Əvvəla, bumeranqın məhz Avstraliyada icad olunduğuna dair heç bir sübut yoxdur. Son arxeoloji qazıntılar göstərir ki, bumeranqı avropalılar ixtira ediblər. Qazıntılar zamanı üzə çıxarılmış ən qədim Avstraliya bumeranqlarının yaşı 10-15 min ildir. Karpat dağlarındakı mağaralardan birin də tapılmış bumeranqın yaşının isə azı 23 min il olduğu müəyyənləşdirilib. Həmin bumeranqın buraya Avstraliyadan gətirildiyini güman etmək olmaz. Təkcə yolun uzaqlığına görə yox, həm də ona görə ki, bu alət mamontun diş sümüyündən düzəldilib.
Sonuncu abzasdan hansı nəticəyə gəlmək olar?
Beləliklə, bumeranqdan yalnız Avstraliyada deyil, dünyanın müxtəlif qitələrində istifadə olunub. Hətta Misirdə Tutanxamonun sərdabəsi yaxınlığında fil sümüyündən olan bəzəkli bumeranqlar aşkar edilib. Braziliya şamanları isə bu gün də bumeranqdan dini ayinlərin icrası zamanı istifadə edirlər.