-
Bu bölmədən yadınızda qalan beş elmi məlumatı yazın.
-
“Qordi düyünü”, “Pirr qələbəsi”, “Sizif əməyi” ifadələrinin mənasını
açıqlayın.
-
Hansı cümlədə nöqtələrin yerinə həm idi köməkçi sözünü, həm də -dır4 şəkilçisini
artırmaq olar?
- O zamanlar sözünün üstündə durmamaq yalan danışmağa
bərabər…
- Deyilənə görə, bu məsəl də elə o vaxtdan qalmış…
- Cəsur olmaq qorxmamaq deyil, qorxunu büruzə verməmək…
- Həmin il yaz erkən gəlmiş…
- Sadıqcan Azərbaycan tarını təkmilləşdirərək simlərinin sayını
11-ə çatdırmış...
-
Cümlədə şərt şəkilçili və isə köməkçi sözlü feilləri müəyyən edin.
Adam nə qədər ağıllı olsa da, çox danışarsa, axırda axmaq
bir söz
deyəcək.
-
Fərqləndirilmiş sözləri orfoqrafik qaydaya uyğun şəkildə yazın.
- Məlum oldu ki, yaranan problem məktəblilərin imtahana hazırlığı ilə bağlıymış.
- Qızın gözləri səma kimi maviydi.
- Turistlərin üz tutduqları sonuncu abidə Qız qalasıydı.
- Biz kəndə çatanda axşam saat altıydı.
- Onun xasiyyəti, deyəsən, əzəldən beləymiş.
- Sən demə, görüləcək işlərimiz hələ irəlidəymiş.
-
Sözlərin tərkibini müəyyən edib cədvəli doldurun.
gələcəkmiş, oxuyardım, sevəcəkdiksə, başlayırıq, gülmüşüksə, görsələr, bağışlamışdınız, yazacaqsa