Cədvəli çəkin. Əhali qruplarına xas olan gündəlik tələbatları qeyd edin.
Əhali qrupları | Gündəlik ehtiyacların məzmunu |
Körpələr | |
Bağça uşaqları | |
Məktəblilər | |
Gənclər | |
Orta yaşlı insanlar | |
Təqaüdçülər |
Yada salın. Mənimsəmə iqtisadiyyatı əkinçilik və heyvandarlığın, istehsal iqtisadiyyatı isə sənayenin yaranmasına təkan vermişdir.
İnsanların təhsil alması, istirahət etməsi, geyim və qidaya olan tələbatı və digər ehtiyaclarının hər biri iqtisadi fəaliyyətin müxtəlif sahələrinin hesabına ödənilir.
Kapital, təbii və insan resursları olmadan istehsal prosesinin yaranması mümkün deyil. Buna görə də onları istehsal amilləri adlandırırlar. İstehsal amillərinin təşkili üçün müəyyən qədər sərmayə və ya investisiya tələb olunur. Sərmayə iqtisadiyyatın hər hansı sahəsinin inkişaf etdirilməsi üçün tələb olunan xərclərdir. Adətən, sərmayə xammalın əldə edilməsinə, onu emal etmək üçün avadanlıqların alınmasına, işçilərin əmək haqqına, məhsulun daşınmasına, reklam edilməsinə və s. sərf olunur.