Cədvəli çəkin. Qeyd olunan məhsulların Azərbaycandan ixrac və ya idxal olunduğunu müəyyən edin: 1. Pambıq. 2. Təyyarə. 3. Avtomobil. 4. Benzin. 5. Təbii qaz. 6. Qəhvə. 7. Üzüm. 8. Taxıl. 9. Mobil telefonlar. 10. Kondisioner. 11. Balıq. 12. Banan.
İxrac | |
İdxal |
Yada salın. Azərbaycanda neft hasilatı, neft emalı və istehlakı güclü inkişaf etmişdir.
Dövlətin güclü iqtisadiyyata malik olması çox mürəkkəb, çətin və uzunmüddətli bir prosesdir. Müstəqillik əldə olunana qədər Azərbaycan öz təbii sərvətlərinə sahib olmamış və milli iqtisadiyyatını qura bilməmişdir.
Müstəqillik illərində iqtisadiyyatımızın əsasını təşkil edən neft sənayesi yenidən quruldu. 1994-cü ilin sentyabrında Azərbaycan Respublikası dünyanın aparıcı ölkələri ilə “Əsrin müqaviləsi”ni imzaladı. Müqaviləyə əsasən respublikada neft hasilatı və satışına dair bir çox ölkələrin birgə fəaliyyəti başlanıldı.
Azərbaycan neftinin Avropaya daşınması üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri çəkildi. Bu kəmər vasitəsi ilə gələcəkdə Xəzərin şərqində yerləşən ölkələrdən də neftin Avropaya nəqlini həyata keçirmək mümkündür.