X.Kolumb Amerikaya dörd dəfə səyahət etmişdir. İlk səyahətindən sonra onu İspaniyada qəhrəman kimi qarşılamışdılar. Lakin sonuncu səyahətdən qayıdanda Kolumb həbsxanaya salındı və hamı tərəfindən unuduldu. Çünki Kolumbun kəşfləri ona edilən ümidləri doğrultmamış, yəni gözlənilən gəlir əldə edilməmişdi.
Ümumiyyətlə, uzaq səfərlərin məqsədi heç də yeni coğrafi adları xəritəyə qeyd etmək, ölkələri, xalqları tanımaq deyildi. Əsas məqsəd yeni torpaqları zəbt etmək, daha çox gəlir əldə etməkdən ibarət idi. Bu məqsədlə yeni ərazilərdə güc tətbiq edilirdi.
Avropalıların Amerika qitəsinə səyahətləri də yerli sərvətləri əldə etməyə xidmət etmişdir. Onlar burada məskunlaşaraq əraziləri mənimsəməyə başlamışlar. İşləmək üçün Afrikadan çoxlu qaradərili qullar gətirilirdi.Avropalılar yerli xalqları öz məhsuldar torpaqlarından qovaraq, onları xüsusi ayrılmış, təbii şəraiti əlverişsiz olan ərazilərdə – rezervasiyalarda yaşamağa məcbur etmişlər. Meşələri qırmış, faydalı qazıntıları daşımışlar. Avropa dövlətlərinin iqtisadi inkişafı digər materiklərdən daşınan təbii sərvətlər hesabına daha da güclənmişdi.
Avropalılar da yeni torpaqlara öz mədəniyyətlərini, elmi-texniki nailiyyətlərini, adət-ənənələrini və s. gətirmişlər. Köçüb gələnlər sonradan burada müstəqil dövlətlər yaratmış və regionun inkişafına nail olmuşlar.
Yerli əhalinin Kolumbu qarşılaması
Mətni oxuduqdan sonra qruplara bölünün.
Verilmiş mülahizələri əsaslandırın.