Məhkəmənin gedişi
(qısa ssenari)
Hakim: Atmosfer zavod və fabriklərin işi nəticəsində atılan zəhərli qazlarla ona vurulan zərər barədə iddia qaldırmışdır. Bununla bağlı Atmosferin əlavə dəlilləri varmı?
Atmosfer (uyğun iştirakçı) əlavə sübut və dəlillərini göstərir.
Hakim: Bəşəriyyətin 1-ci vəkili öz əməllərini əsaslandırmaq üçün nə deyə bilər?
1-ci vəkil: Zavod və fabriklər çoxlu sayda məhsul istehsal edir. Orada insanlar çalışır, əmək haqqı alırlar. Atmosfer də bizə böyük problemlər yaradır: güclü külək, fırtına, ildırım, quraqlıq və leysan yağışları ilə zərər vurur.
Hakim: Bu məsələ ilə bağlı şahidlərdən kim iddiaçı, yaxud cavabdehin xeyrinə ifadə vermək istəyir?
Sonradan bu mərhələdə digər şagirdlər müzakirəyə cəlb olunurlar.
Hakim: Keçək ikinci iddiaya. Hidrosferin iddiasına görə, bəşəriyyət çirkli suları, kanalizasiyaları dəniz, göl və çaylara axıtmaqla ona çox böyük ziyan verir. Onun şikayətinə görə, hətta bərk tullantılar və kimyəvi zəhərli maddələri də sulara axıdırsınız. Bu, doğrudurmu? İddiaçının əlavə dəlilləri varmı?
Hidrosfer (uyğun iştirakçı) əlavə sübut və dəlillərini göstərir.
2-ci vəkil: Biz kanalizasiyaları, çirkli suları axıtmağa yer tapmırıq. Hidrosfer də daşqınlar, sellər, güclü dalğalar, sunamilərlə bizə zərər vurur.
Hakim: Bu məsələ ilə bağlı şahidlərdən kim iddiaçı, yaxud cavabdehin xeyrinə ifadə vermək istəyir?
Arzu edənlər öz fikirlərini bildirirlər